Tramp sanksiyanın müddətini uzatdı
Bizi izləyin

Dünya

Tramp sanksiyanın müddətini uzatdı

ABŞ Prezidenti Donald Tramp Kubaya tətbiq etdiyi ticarət embarqosunun müddətinin uzadılmasına dair sənəd imzalayıb.

Publika.az xəbər verir ki, imzalanan memorandumda sanksiyanın 14 iyul 2018-ci ilə qədər uzadılması nəzərdə tutulub.

Son tətbiq tarixi bu ilin 14 iyulunda bitən sanksiyanın davam etdirilməsinə səbəb kimi ABŞ-ın milli maraqlarının qorunması göstərilib.

Qeyd edək ki, ABŞ və Kuba 2014-cü ilin sonlarında münasibətləri qaydaya salmaq məqsədilə danışıqlar aparıldığını bildirmişdi. Hər iki ölkə 2015-ci ildə diplomatik münasibətləri bərpa etmiş və razılaşmalar imzalamışdı. Buna rəğmən Kubaya tətbiq edilən ticarət sanksiyası davam etmişdi.

D.Tramp isə 2016-cı ildə Kubanı ziyarət edən ilk ABŞ Prezidenti Barak Obamanın siyasətini tənqid edərək bu ölkəyə olan sanskiyaları gücləndirməkdədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm