"NATO Koreya yarımadasında böhranın tənzimlənməsi ssenarisinə baxır"
Bizi izləyin

Dünya

"NATO Koreya yarımadasında böhranın tənzimlənməsi ssenarisinə baxır"

NATO Koreya yarımadasında böhranın tənzimlənməsi ssenarisinə baxır.

Bunu bu gün NATO baş katibi Yens Stoltenberq bəyan edib.

Y. Stoltenberq deyib ki, Şimali Koreyanın düşüncəsiz davranışı qlobal təhlükədir və NATO xətti ilə birgə cavab tələb edir: "Biz hazırda böhranın sülh yolu ilə tənzimlənməsinə diqqət yönəltmişik".

Qeyd edək ki, Şimali Koreya sentyabrın 3-də qitələrarası raketlər üçün döyüş başlığı kimi istifadə edilə biləcək hidrogen bombasını sınaqdan keçirib. Bu, beynəlxalq ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. ABŞ prezidenti Donald Tramp ABŞ-ın Şimali Koreya ilə ticarət əlaqələri olan ölkələrlə ticari əlaqələrini tam kəsilməsi variantını nəzərdən keçirdiklərini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm