Saakaşvili Timoşenko ilə “Metropoliten”də görüşdü
Bizi izləyin

Dünya

Saakaşvili Timoşenko ilə “Metropoliten”də görüşdü

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili ilə Ukraynanın sabiq baş naziri, “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko arasında Polşanın Jeşuv şəhərində görüş keçirilib.

Teleqraf.com Ukrayna KİV-inə istinadla xəbər verir ki, görüşün dünən axşam saatlarında “Metropoliten” mehmanxanasında baş tutduğu bildirilir.

Xatırladaq ki, sentyabrın 8-də Yuliya Timoşenko Mixail Saakaşvilinin Ukraynaya qayıtmasına kömək etmək üçün sentyabrın 10-da Polşaya gedəcəyini açıqlamışdı. Xanım siyasətçi Ukrayna Prezidenti Pyotr Poroşenkonu Saakaşviliyə qarşı siyasi repressiyaların çirkli metodlarından istifadədə ittiham edir.
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili sentyabrın 10-da Polşadan Ukraynaya qayıdacağını əvvəlcədən bəyan edib. Bu ilin iyulunda o, Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm