Rusiya yeni hərbi texnikasını Suriyada sınaqdan keçirdi
Bizi izləyin

Dünya

Rusiya yeni hərbi texnikasını Suriyada sınaqdan keçirdi

Rusiya tankları dəstəkləyən "Terminator" döyüş maşınını (TDDM) Suriyada döyüş şəraitində uğurla sınaqdan keçirib.

Bunu Rusiyada keçirilən "Uraltank" festivalı çərçivəsində mətbuat konfransında "Ural maşınqayırma konstruktor bürosu" ASC-nin baş direktoru və baş konstruktoru Andrey Terlikov deyib.

"TDDM Suriyada döyüş şəraitində sınaqdan keçirib, o bu ölkəyə paradlarda nümayiş etdirilməsi üçün yox, İŞİD-ə qarşı döyüşlərdə iştirak etmək üçün göndərilib" , deyə A.Terlikov deyib.

Onun sözlərinə görə, sınaqlar zamanı müəyyən nəticələr əldə edilib: "Müdafiə Nazirliyi üçün faydalı məlumatlarımız var".

Şirkət rəhbəri Müdafiə Nazirliyi ilə imzalanan müqavilə Rusiya ordusundakı T-72 və T-90 tanklarının T-72 BZ və T-90 M səviyyəsinədək təkmilləşdirilməsini nəzərdə tutur.

"Terminator" döyüş maşınının Suriyaya "ezamiyyəti" haqqında ilk dəfə iyunda bildirilmişdi. O zaman Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimov "Xmeymim" aviabazasında tankları dəstəkləyən "Terminator" döyüş maşınını Suriya prezidenti Bəşər Əsədə nümayiş etdirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm