Əfqanıstanda 33 dinc sakin oğurlandı
Bizi izləyin

Dünya

Əfqanıstanda 33 dinc sakin oğurlandı

"Taliban" hərəkatının və İŞİD terror qruplaşmasının silahlıları Əfqanıstanın şimalındakı Cauzdan vilayətində, Quş Təpə rayonunda 33 dinc sakini oğurlayıb.

Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, dinc sakinlərdən 13-ü Çakma Çuxur yaşayış məntəqəsində oğurlanıb. İŞİD silahlıları Quş Təpədən Şibarqan şəhərinə gedən nəqliyyat vasitəsini saxlayaraq, sərnişinləri taliblərlə əlaqədə ittiham ediblər. Bundan sonra onları oğurlayıblar.

Eyni zamanda taliblər də Quş Təpənin Qardan vilayətində 20 dinc sakini İŞİD-lə əlaqədə ittiham edərək oğurlayıblar. Dinc sakinlərin olduğu avtobus Cauzdan vilayətinin Derzab rayonundan Şibarqana gedirmiş.

Oğurlananların yeri məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm