Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu
Bizi izləyin

Dünya

Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu

İtaliyada şiddətli yağıntılar və güclü külək nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölüm faktları ölkənin mərkəzi bölgəsində qeydə alınıb.

Qeyri-sabit hava şəraitindən ən çox əziyyət çəkən Livorno şəhəri olub. Şəhərin meri İtaliya hökumətinə bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi üçün müraciət edib. Bir neçə saat ərzində Livornoya 400 millimetrədək yağıntı düşüb. İtaliyada qeyri-sabit hava şəraiti sentyabrın 9-dan davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm