ABŞ Rusiyaya hücum üçün mini nüvə bombaları hazırlayacaq
Bizi izləyin

Dünya

ABŞ Rusiyaya hücum üçün mini nüvə bombaları hazırlayacaq

ABŞ prezidenti Donald Tramp administrasiyası nüvə silahının yeni tipinin hazırlanması ilə bağlı fikrini dəyişdirir.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Politico” nəşri yazır.

Xəbərə görə, ABŞ daha kiçik ölçüləri və zərərin daha aşağı dərəcəsi ilə fərqlənən “mini-bombalar”ın yaradılması üzərində düşünür. Belə silah Amerika hərbçilərinə daha çox strateji imkan verəcək. Ənənəvi nüvə silahından istifadə çoxsaylı beynəlxalq konvensiyalarla qadağandır və bu silahın daha zəif nümunələrin tətbiqinə icazəni almaq daha realdır.

Nəşr qeyd edir ki, yeni silahlanma potensial düşmənlər, ilk növbədə Rusiya və Şimali Koreyaya qarşıdır. Nəşrə danışan ekspertlər xatırladıblar ki, “mini-bombalar”ın hazırlaması Barak Obama administrasiyasının siyasətindən geri çəkilmə deməkdir. Bu siyasət istənilən yeni nüvə silahının hazırlamasını qadağan edirdi.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini, general Pol Selva ABŞ-ın taktik nüvə silahının tətbiqi ssenarilərini genişləndirəcəyini bəyan edib. Mitçellovsk Aerokosmik Tədqiqatlar İnstitutunun konfransında çıxış edən general bildirib ki, XXI əsrdə nüvə strategiyasının effektiv vasitələrdən biri kimi zəif nüvə döyüş sursatları olmalıdır.

“Belə döyüş vasitələri hazırlamaq və silahlanmaya daxil etmək lazımdır. Nüvə silahının tətbiqi dəhşətlidir. Amma biz düşmənin mümkün hərəkətlərinə səmərəli, elastik və çoxpilləli reaksiya vermək üçün müəyyən təlimatları və qaydaları xülasə etməliyik”, - o bildirib.

Müzakirədə iştirak edən ekspertlər ona etiraz ediblər. Onlardan biri xatırladıb ki, indiki ölçülər üzrə “zəif” nüvə yükləri ABŞ-da hələ nüvə silahı yarışının lap əvvəlində var idi. Xüsusi halda, bu cür bombalar Xirosima və Naqasakidə tətbiq edilmişdi.

General cavabında bildirib ki, bu arqumentləri ilk dəfə eşitmir və onlarla razı deyil: “Biz ölkə rəhbərliyinə hərəkət variantlarının ən geniş dəstini göstərməliyik. Strateji sabitlik üçün masaya nə varsa hər şeyi qoymaq lazımdır: mühafizəkar yanaşmalardan yeni radikal metodlara qədər”.

Onun sözlərinə görə, bu, Rusiyanın qarşısının alınması siyasətinin effektiv keçirilməsi üçün lazımdır. General həmçinin Çin, o cümlədən İran və Şimali Koreya kimi “yeni nüvə dövlətləri”in tərəfindən artan təhlükəyə diqqət çəkib.

Selvanın ifadə etdiyi arqumentləri daha əvvəl Amerika ekspertləri, həmçinin istefaya çıxmış hərbçilər dəfələrlə səsləndiriblər.

Artıq istefada olan general Norton Şvars (2008-2012-ci illərdə Hərbi Hava Qüvvələrinin qərargahının başçısı) bir neçə il əvvəl bildirib ki, düşmən Amerikanın “zəif”, amma yüksək dəqiqlikli nüvə silahına malik olacağını anlamalıdır. Generalın fikrincə, bu, dünyada strateji sabitliyi möhkəmləndirmək üçün vacibdir.

İndi isə eyni fikirləri Selva səsləndirir. Fərq yalnız ondadır ki, bu dəlillər ilk dəfə yalnız yüksək vəzifəli sərkərdənin deyil, həm də ABŞ-ın hərbi qulluqçularının iyerarxiyasında ikinci yeri tutan şəxsin dodadlarından səslənir.

Hərbiçilər silahı praktik alət kimi qəbul etməyə meyillidir: əgər o varsa, onu istifadə etmək lazımdır, həm də mümkün olan maksimum üsullarla. Nüvə döyüş sursatları bu tələbə cavab vermir, buna görə onlara Pentaqonda 1991-ci ildən sonra “ögey oğullar” kimi baxırdılar: onların maliyyələşdirilməsi minimuma qədər azaldılırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm