Avstraliya prezidentinin qalmaqallı fotosu: “Çılğın və iyrəncsiniz”
Bizi izləyin

Dünya

Avstraliya prezidentinin qalmaqallı fotosu: “Çılğın və iyrəncsiniz”

Avstraliya Prezidenti Malkolm Törnbullun sosial şəbəkə hesabında paylaşdığı fotosu ölkədə hər kəsin hiddətinə səbəb olub.

Publika.az xəbər verir ki, prezident Sidneydə bir futbol matçını izləyərkən bir əlində pivə, digərində isə nəvəsini tutaraq kameralara poz verib.

Daha sonra həmin fotonu feysbuk hesabında paylaşan prezdient sərt tənqdilərə məruz qalıb. Sosial şəbəkə istifadəçiləri spirtli içki ilə körpə uşağı eyni anda tutan prezidentin bu hərəkətini utancverici adlandırıb və məsuliyyətizlik kimi dəyərləndiriblər.

Təxminən 2000 nəfərin şərh yazdığı paylaşımı çox insan rəğbətlə qarşılayıb və “ailə istiliyi” adlandırıb.

Paylaşım ilə bağlı açıqlama verən prezident izləyicilərini özləri kimi olmağa səsləyib:

“Hər şeydən öncə özünüz olmalısınız. Öz bədəninizdə rahat olduğunuz müddətcə, təbii olun. Özünüz olun. Başqa üzləriniz sosial mediadakı üzünüz qədər çılğın və iyrəncdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm