İŞİD-in avropalı döyüşçülərinin sayı açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-in avropalı döyüşçülərinin sayı açıqlandı

Onlardan 1,5 mini evə qayıdıb.

Suriya və İraqda təxminən 2,5 min avropalı İŞİD terror qruplaşmasının sıralarında vuruşur.

Publika.az xəbər verir ki, bunu Avropa İttifaqının terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Jil de Kerşov Almaniyanın “Welt” qəzetinə bildirib.

“Əvvəl İŞİD-in tərkibində İraqda və Suriyada təxminən beş min avropalı vuruşurdu. Onlardan 1,5 mini evə qayıdıb, minə yaxın döyüşçü həlak olub. Suriya və İraqda qalan 2,5 min döyüşçüdən çoxları döyüşdə həlak olacaqlar və ya İŞİD tərəfindən öldürüləcək. Çünki bu təşkilat fərariləri bağışlamır”, - Kerşov deyib.

Onun sözlərinə görə, Avropaya gələcəkdə böyük miqdarda İŞİD döyüşçüsünün qayıdacağını gözləmir: “Mosulun alınmasından sonra Avropaya çox az İŞİD döyüşçüsü qayıtdı. Bizim qorxularımız təsdiqini tapmadı. Düşünmürəm ki, Avropaya gələcəkdə daha çox döyüşçü qayıdacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm