ABŞ: “Türkiyə üçün ən yaxşı müdafiə sistemi Amerikadır”
Bizi izləyin

Dünya

ABŞ: “Türkiyə üçün ən yaxşı müdafiə sistemi Amerikadır”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) NATO-nun standardlarına uyğun olan ballistik raket müdafiə sistemlərinin Türkiyəyə çatdırılması üçün işləri sürətləndirib.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Coni Mişel açıqlama verib:

“Türkiyənin səlahiyyətli nümayəndələrinə S-400 raketdən müdafiə sistemlərinin alınması haqqında narahatlıqlarımızı bildirdik. NATO ilə uyğunlaşan raket sistemi Türkiyəni yerləşdiyi bölgədə bütün təhdidlərdən qorumaq üçün ən yaxşı alternativ kimi qalmağa davam edir. ABŞ və Türkiyənin müdafiə və hərbi ticarət sahəsində dərin və önəmli münasibətləri var. Türkiyə raketdən müdafiə sektorunun daha geniş və uzunmüddətli ehtiyacları üçün ABŞ daxil, bütün NATO müttəfiqləri ilə birgə sistemləri istifadə etməyə davam edir. Buna görə də ABŞ imkanı daxilində Türkiyəyə satılan müdafiə sistemlərinin çatıdırılması işlərini sürətləndirəcək”.

Pentqaon sözçüsü, həmçinin, Türkiyə ilə ortaq razılaşmaların və müttəfiqliyin ABŞ üçün önəmli olduğunu vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm