ABŞ-da məktəbdə silahlı insident - Ölən və yaralananlar var (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

ABŞ-da məktəbdə silahlı insident - Ölən və yaralananlar var (YENİLƏNDİ)

ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəblərin birində atışma baş verib.

Atışma nəticəsində 1 məktəbli həlak olub, 3 nəfər isə yaralanıb.

Atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

***

ABŞ-ın Vaşinqton ştatında silahlı insident baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Vaşinqtonun Spokan şəhərində yerləşən məktəblərdən birinə sərxoş vəziyyətdə daxil olan silahlı şəxs insanlara atəş açıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm