Dini məktəbdə güclü yanğın: 25 ölü - - FOTO
Bizi izləyin

Dünya

Dini məktəbdə güclü yanğın: 25 ölü - - FOTO

Malayziyanın paytaxtı Kuala-Lumpurda dini məktəbdə güclü yanğın baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində azı 25 şagird və müəllim yanaraq ölüb.

Məlumata əsasən, müsəlman məktəbində yanğın yerli vaxtla saat 05:00 radələrində başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, hazırda xilasedici əməliyyat davam edir. Məktəbdə baş verən yanğının səbəbi hələ ki, məlum deyil.

Hazırda Malayziyada 519 özəl müsəlman məktəb mövcuddur. Onların əksəriyyətinin qeydiyyatsız fəaliyyət göstərdiyi bildirilir. Faciə ilə əlaqədar Malayziyanın baş naziri Nəcib Rəzzak ölənlərin yaxınlarına başsağlığı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm