Tramp yeni qətnamə imzaladı
Bizi izləyin

Dünya

Tramp yeni qətnamə imzaladı

ABŞ prezidenti Donald Tramp irqçiliyi pisləyən qanun imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.

O, bu ilin avqustunda Virciniya ştatının Şarlottsvill şəhərində baş verən hadisələrdən sonra zorakılıq nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, zərər çəkənlərə dəstəyini bildirib.

Sənəd, ağ irqdən olan neonasistlər, ağ irqin üstünlüyü tərəfdarları, ku-kluks-klan, neonasist və nifrət oyadan digər qruplaşmaların hərəkətlərini rədd edir.

Qanunda həmçinin deyilir ki, prezident və hökumət üzvləri həmin qruplaşmalar tərəfindən təhlükənin aradan qaldırılması üçün bütün mümkün resurslardan istifadə etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm