1952-ci ildən Qərbin müttəfiqi olan Türkiyə... – ABŞ ŞOKDA
Bizi izləyin

Dünya

1952-ci ildən Qərbin müttəfiqi olan Türkiyə... – ABŞ ŞOKDA

ABŞ Konqresində demokratların aparıcı nümayəndələrindən olan Ben Kardin Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasına cavab olaraq Türkiyəni cəzalandırmağa çağırıb.

Publika.az “Politiko” nəşrinə istinadən xəbər verir ki, konqresmen Ağ Evə Ankaraya qarşı sanksiyaları qəbul etməyi və Türkiyənin NATO-da sonrakı iştirakı haqqında fikirləşməyi təklif edib.

“Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini alması Amerika qanunvericiliyinə ziddir. Bu halda Türkiyə cəza çəkməlidir”, - Demokratlar Partiyasının nümayəndəsi Ağ Evə müraciətində yazıb.

Qanunverici təkid edir ki, Rusiya və Türkiyə arasında bağlanan müqavilə Moskvaya qarşı məhdudlaşdırıcı ölçülər haqqında ötən ay Konqresin qəbul etdiyi yeni qanunu pozur. Sənədin mətninə əsasən, Rusiyanın müdafiə-sənaye kompleksi və kəşfiyyat sektoru ilə əhəmiyyətli maliyyə əməliyyatları həyata keçirənlərə qarşı sanksiyalar qəbul edilməlidir.

“Kədərlidir ki, Türkiyə ABŞ-ın müttəfiqi kimi Moskvanın tərəfinə keçməyə qərar verdi”, - Kardin vurğulayıb.

O, prezident Donald Tramp administrasiyasından Rusiyadan zenit-raket komplekslərin alınmasının Türkiyənin NATO-ya üzvlüyünə necə təsir edəcəyini qiymətləndirməyi xahiş edib.

“Politico” nəşri qeyd edir ki, Moskva 1952-ci ildən Qərbin müttəfiqi olan Türkiyəni son aylar “qaytarmağa” çalışır. Nəşr xatırladır ki, məhz buna görə də Kremlə yaxın KİV raket komplekslərinin alınması üzrə sazişi “böyük diplomatik qələbə” kimi təqdim edir.

Eyni zamanda, NATO məmurları narahatlığını ifadə edirlər ki, ittifaqın üzvü olan ölkələrdən birində Rusiya hərbi texnologiyaları meydana çıxacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm