Putinin “Troya atı”: Müharibə OLACAQMI?
Bizi izləyin

Dünya

Putinin “Troya atı”: Müharibə OLACAQMI?

Baltikyanı ölkələr onların sərhədləri yaxınlığında Rusiya və Belarusun genişmiqyaslı birgə hərbi təlimlərindən təşvişə düşüb. Ancaq ekspertlərin əksəriyyəti inanmırlar ki, Moskva Minskə “Troya atı”nı göndərib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniyanın “Das Erste” telekanalı bildirib.

Təlimlər Rusiyanın hərbi gücünü NATO-ya göstərməlidir. Ancaq süjetin müəllifi Udo Lilişkis əmindir ki, ittifaq ölkələrindən birinə hücum üçün Rusiya prezidenti Vladimir Putinin ordusu çox zəifdir.

“Qərb-2017” birgə təlimləri dünən başlanıb. Təlimlərə 12 mindən çox əsgər, 700-ə yaxın texnika, o cümlədən 200 tank və 10 gəmi cəlb ediləcək. Manevrlər yalnız Minsk ətrafında təlim-tədris poliqonlarında deyil, həmçinin NATO üzvləri olan Polşa, Litva, Latviya və Estoniya ilə sərhədyanı bölgələrdə keçiriləcək.

Təlimlər məhz niyə indi keçirilir?

Birincisi, kanalın müxbirinin sözlərinə görə, Vladimir Putin ötən illər ərzində öz ordusunun müasirləşdirilməsinə xeyli pul xərcləyib və hərbçilər çəkilən zəhmətin nəticələrini yoxlamaq istəyirlər.

İkinci səbəb 2018-ci ilin artında Rusiyada keçiriləcək növbəti prezident seçkiləridir.

“Rusiya həqiqətən ağır iqtisadi böhrandan narahatlıq keçirir, insanların narazılığı artır. Kreml iqtisadi mövzularda xal toplaya bilmir. Buna görə də alternativ olaraq Rusiyanın yüksək döyüş bacarığı, güclü və müasir hərbi dövlət olması nümayiş etdirilir”, - Udo Lilişkis qeyd edib.

Qərbin narahatlığı ondan ibarətdir ki, Belarusa gələn rus qoşunları burada qala bilər. Daha əvvəl NATO-nun Avropadakı qoşunlarının komandanı Ben Xodjes Rusiyanın “Troya atı” haqqında danışıb. Ancaq hərbi ekspertlərin əksəriyyəti, bunu mümkün hesab etmirlər. Onların sözlərinə görə, Rusiyanın NATO-nun hər hansı üzvünə birbaşa hücumunu təsəvvür etmək mümkün deyil.

“Bunun üçün Putinin ordusu hələ açıq-aydın çox zəifdir”, - ekspertlərdən biri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm