Tailandda silsilə partlayışlar - 2 ölü, 26 yaralı
Bizi izləyin

Dünya

Tailandda silsilə partlayışlar - 2 ölü, 26 yaralı

Tailandda törədilmiş üç partlayış nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayışlar Yalla əyalətinin Kabanq rayonunda qeydə alınıb.

Məlumata əsasən, ölən və yaralananlar hərbçilər və polis əməkdaşlarıdır. Tailandda radikal islamçılarla hökumət arasında qarşıdurma 2004-cü ildən davam edir. Həmin ildən bəri ölkənin cənub bölgəsində 7 minədək insan həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm