Yaponiyada güclü qasırğa: 1 nəfər öldü, 35 nəfər xəsarət aldı
Bizi izləyin

Dünya

Yaponiyada güclü qasırğa: 1 nəfər öldü, 35 nəfər xəsarət aldı

İndi də "Talim" qasırğası Yaponiyanı bir-birinə qatıb.

Publika.az xəbər verir ki, ölkənin cənub-qərb və qərb istiqamətlərində güclü yağış və daşqınlarla müşahidə olunan “Talim” qasırğası nəticəsində 1 nəfər ölüb, 35 nəfərdən çox insan xəsarət alıb. 5 nəfərin itkin düşdüyü bildirilib.

Qərb istiqamətində yerləşən Küsü və Sikoku adalarında aramsız yağışlar nəticəsində torpaq sürüşmələri baş verib. Çoxsaylı yaşayış evləri su altında qalaraq yarasız hala düşüb.

Təbii fəlakətlə əlaqədar hava limanlarında 262 uçuş ləğv edilib. Ərazilərdə fövqaladə vəziyyət elan olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm