ABŞ Putinin layihəsini rədd etdi: Alternativ PLAN HAZIRLANIR
Bizi izləyin

Dünya

ABŞ Putinin layihəsini rədd etdi: Alternativ PLAN HAZIRLANIR

ABŞ və Ukrayna Donbasda BMT-nin sülh missiyasının yerləşdirilməsi haqqında Rusiyanın irəli sürdüyü qətnamə layihəsini müzakirə etməyə hazır deyil.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

“Biz bu layihənin mətni üzrə müzakirələrin aparılmasını təklif edirdik, amma birinci müzakirədən sonra Ukrayna və Birləşmiş Ştatların nümayəndə heyətləri bildirdilər ki, mətn üzrə (görə) işləməyə hazır deyillər və onların əhəmiyyətli qeydləri olacaq. Ola bilər ki, ukraynalıların sülh missiyasının yerləşdirilməsi məsələsi ilə bağlı alternativ layihəsi olsun”, – Nebenzya deyib.

Rusiyalı diplomat qeyd edib ki, layihə hazırda müzakirə edilmir və müzakirəsi ən yaxın həftədə qeyri-mümkündür.

Nebenzya həmçinin vurğulayıb ki, Donbasda sülh missiyasının yerləşdirilməsi mövzusu BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında müzakirə ediləcək.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin sədr müavini Frans Klinseviç qətnamə layihəsinin Vaşinqton və Kiyev tərəfindən rədd edilməsini şərh edib. Senatorun sözlərinə görə, ABŞ və Ukraynaya müharibə lazımdır.

Senator qeyd edib ki, hazırda ABŞ üçün əsas məsələ Rusiya ilə sərhəddə idarə olunan sülhməramlıları yerləşdirməkdir.

Xatırladaq ki, Rusiya Donbas bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi haqqında qətnamə layihəsini sentyabrın 5-də dünyanın ali qurumuna təqdim edib. Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva müəyyən şərtlərlə Donbas bölgəsində ATƏT-in missiyasının təhlükəsizliyini təmin edəcək sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyir.

Onun sözlərinə görə, bu məsələnin həlli yalnız ağır texnikanın təmas xəttindən aparılmasından sonra mümkündür. Bundan başqa, Putin qeyd edib ki, problemi “LXR” və “DXR”in (Donbasda yaradılan separatçı qurumlar - red.) nümayəndələri ilə təmas çərçivəsində həll etmək lazımdır.

Ekspertlər isə hesab edirlər ki, qətnamə layihəsini təqdim edən Moskvanın niyyəti heç də münaqişəni həll etmək deyil. Məsələn, Rusiya politoloqu və publisisti Andrey Piontkovskinin sözlərinə görə, Putinin Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi barədə ideyası göstərir ki, Moskva münaqişənin dondurulması xəttini yürütməyə hazırdır. Politoloq qeyd edir ki, ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar bugünkü mövqeyini nəzərə alaraq BMT Təhlükəsizlik Şurasının Moskvanın təklifi ilə raşılaşacağı qeyri-real görünür.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sülhməramlıların tərkibində Rusiya hərbçilərinin olacağını düşünür.

Sabiq prezident Cənubi Osetiya münaqişəsini xatırladıb: “Cənubi Osetiya təcrübəsi göstərdi ki, Rusiyanın iştirakı ilə sülh missiyası sülhə gətirib çıxarmadı. Bundan Gürcüstana hərbi müdaxilə üçün Putin tərəfindən istifadə edildi. Ukrayna belə səhvləri təkrarlamamalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm