• USD 1,7000 0,00% EUR 1,9828 0,00%
    • GBP 2,2148 0,00% RUB 0,0267 0,00%

Bu şəhər ABŞ-la Rusiya arasında bölünə bilər - TƏKLİF

  • Dünya
  • 18 Sentyabr 2017 21:28
  • 871 Baxış
Bu şəhər ABŞ-la Rusiya arasında bölünə bilər - TƏKLİF

ABŞ Rusiyaya Suriyanın Deyr-ez-Zor şəhərinin gələcəyi haqqında məsələ ilə əlaqədar görüş keçirməyi təklif edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda vəziyyətlə tanış olan hərbi-diplomatik mənbə bildirib.

“Onlar (amerikalılar - red.) dedilər ki, cari həftədə görüşək və Deyr-ez-Zorun gələcəyi haqqında danışaq. Biz şəhərin məsuliyyət zonalarına bölünməsindən danışırıq”, - agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, Rusiya artıq şəhərin məsuliyyət zonalarına bölünməsi üzrə ilkin təkliflərini ABŞ-a təqdim edib.

Həmçinin görüşdə İŞİD terror qruplaşması ilə mübarizə üzrə hərəkətlərin koordinasiyasının müzakirə edilməsi planlaşdırılır.

Qeyd edək ki, sentyabrın 5-də Suriya ordusu Deyr-ez-Zorda İŞİD-in üçillik mühasirəsini yarıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>