Bir gəlinini zorlayıb, digərini isə... - Qayınatadan TÜKÜRPƏDƏN ƏMƏLLƏR
Bizi izləyin

Dünya

Bir gəlinini zorlayıb, digərini isə... - Qayınatadan TÜKÜRPƏDƏN ƏMƏLLƏR

Türkiyənin İstanbul vilayətinin Beykoz mahalında təcavüz iddiası ilə qayınatasını öldürən Esma Yaşılbaş azad edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 69 yaşındakı qayınatası Əhməd Yaşılbaşı öldürən gəlinin 12 ildən 18 ilə qədər həbsi istənilirdi.

E. Yaşılbaşın sözlərinə görə, qayınatası evləndiyi 2011-ci ildən başlayaraq ona qarşı seksual xarakterli hərəkətlər edirdi. 2012-ci ildə isə həyat yoldaşı həbsxanada olduğu vaxt zorlanıb. Lakin hadisə haqqında heç kəsə söyləyə bilməyib.

Hadisə baş verən gün - 2017-ci il fevralın 6-da qayınatası gəlini ilə növbəti dəfə cinsi əlaqəyə girmək istəyib.

“Lakin müqavimət göstərərək buna qarşı çıxdım. Bundan sonra məni uşağımı öldürməklə təhdid etdi. Uşağımı götürərək böyük qardaşımın evinə qaçdım və uşağımı oraya qoydum. Daha sonra qardaşımın silahını götürərək evə qayıtdım. Gəlib otağımda yatan qayınatamın başına bir dəfə atəş açdım və polisə zəng etdim. Bəraət istəyirəm”, - E. Yaşılbaş deyib.

Əhməd Yaşılbaşın həyat yoldaşı da məhkəmədə çıxışında mərhum ərinin əvvəlki gəlinini davamlı olaraq öpməyə çalışdığını, ona sarıldığını bildirib. O, qayınatasını öldürən gəlininin hərəkətinə haqq qazandırıb.

E. Yaşılbaşın vəkili Aydın Mollaoğlu isə çıxışında Əhməd Yaşılbaşın ölməsini cəmiyyət üçün xeyirli adlandırıb. O da müvəkkilə bəraət verilməsinin istəyib.

Məhkəmə şübhəlinin həbsxanada keçirdiyi cəzanı, ana himayəsinə ehtiyac olan bir yaşında uşağının olmasını və hadisədən sonra polisə zəng edərək təslim olmasını əsas gətirərək onun azad edilməsinə qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm