Dünya çempionunu öldürən azərbaycanlı təslim oldu
Bizi izləyin

Dünya

Dünya çempionunu öldürən azərbaycanlı təslim oldu

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən Anar Allahverənov təslim olub.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsindən bildirilib.

“Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə idarələri tərəfindən keçirilmiş operativ axtarış-kəşfiyyat tədbirlər kompleksi nəticəsində Anar Allahverənov təslim olmağa meylli idi”, - idarənin mətbuat katibi Olqa Alkinin deyib.

Onun sözlərinə görə, A. Allahverənov hazırda müstəntiqlərə ifadə verir. Onunla Rusiya İstintaq Komitəsinin Xabarovsk üzrə idarəsinin əməkdaşları işləyirlər.

Xatırladaq ki, hadisə avqustun 20-də səhər tezdən Xabarovsk şəhərinin kafelərindən birinin qarşısında baş verib. Dava zamanı Anar Allahverənov Andrey Draçevi iki zərbə ilə yerə yıxır və sonra ona daha bir neçə zərbə endirir. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Anar hadisədən sonra qaçıb. O, federal və İnterpolun axtarışına verilmişdi. Bir neçə gün əvvəl isə onun barəsində qiyabi həbs qərarı çıxarılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm