“İlk növbədə Amerika!” - Trampın nitqinin tezisləri MƏLUM OLDU
Bizi izləyin

Dünya

“İlk növbədə Amerika!” - Trampın nitqinin tezisləri MƏLUM OLDU

ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində bu gün edəcəyi çıxışın tezisləri məlum olub.

Publika.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşri yüksək vəzifəli mənbəyə istinadən yazıb.

Mənbə bildirib ki, ABŞ prezidenti nitqində xarici siyasət üzrə şəxsi arzularını “İlk növbədə Amerika” prinsipi əsasında ifadə edəcək.

“Prezidentin izah etdiyi “İlk növbədə Amerika” prinsipi yalnız beynəlxalq əməkdaşlıq deyil, həm də istənilən ölkə ilə beynəlxalq münasibətlərin aparılmasının rasional əsasıdır”, - mənbə bildirib.

Qəzetin məlumatına görə, Tramp Baş Assambleyadakı nitqində buna “ABŞ-ın dəyərləri və liderliyini nümayiş etdirmək üçün inanılmaz an və imkan” kimi baxır.

Bundan başqa, Tramp növbəti dəfə ABŞ-ın çox böyük maliyyə yükündən şikayətlənəcək və başqa ölkələri XXI əsrin münaqişələrinə daha çox cəlb olunmasına çağıracaq. Nəşr qeyd edir ki, ABŞ prezidenti dünya ölkələrini terrorizmlə mübarizəyə, həmçinin Şimali Koreya və İranın nüvə problemi üzrə əməkdaşlığın genişlənilməsinə çağıracaq.

Tramp həmçinin BMT-də islahatlardan və Şimali Koreya rejiminin saxlanılmasına kömək edən ölkələrin rolu haqqında danışacaq. Lakin Trampın sözügedən ölkələrinin adlarını açıqlayıb-açıqlamayacağı məlum deyil. Ehtimal ki, prezident həmçinin Venesuelada böhranı haqqında fikrini bildirəcək.

Qeyd edək ki, Tramp dünən BMT-də islahatlar aparılması bəyannaməsi ilə çıxış edib. Onun fikrincə, təşkilat bürokratiyaya görə öz potensialını tamamilə aça bilməyib. Prezident həmçinin qeyd edib ki, 2000-ci illərdən BMT-nin büdcəsi iki dəfədən çox artsa da, effektivlik xərclənən vəsaitlərə uyğun deyil.

Bəyannaməni ABŞ, Böyük Britaniya, Almaniya və Yaponiya da daxil olmaqda dünyanın 142 ölkəsi imzalayıb, 70 ölkə onu dəstəkləməkdən imtina edib. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Çin və Fransa bəyannaməyə qarşı çıxıb.

Rusiya isə hesab edir ki, ABŞ-ın təklif etdiyi islahatlar BMT-nin dünyada rolunun azaldılmasına və dünyanın birqütblüyünə hesablanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm