Nazarbayev Vaşinqtonu dəstəklədi: Moskvaya qarşı növbəti GEDİŞ
Bizi izləyin

Dünya

Nazarbayev Vaşinqtonu dəstəklədi: Moskvaya qarşı növbəti GEDİŞ

Qazaxıstan BMT-də islahatlar aparılması ilə bağlı ABŞ prezidenti Donald Tramp tərəfindən təşəbbüs edilən bəyanaməni dəstəkləyir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib.

“BMT-də islahatlar üzrə bəyannamə Qazaxıstanın əsas yanaşmalarına uyğundur”, - bəyanatda deyilir.

Qeyd edilir ki, BMT-nin işinin təkmilləşdirilməsi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü postunda Qazaxıstanın yeddi əsas prioritetindən biri kimi prezident Nursultan Nazarbayev tərəfindən elan edilib.

Bildirilir ki, BMT-nin təkmilləşdirilməsinə dəstək olaraq keçirilən yüksək səviyyəli tədbirdə Qazaxıstan xarici işlər naziri Kayrat Abdrəhmanov iştirak edib.

Qeyd edək ki, Tramp dünən BMT-də islahatlar aparılması bəyannaməsi ilə çıxış edib. Onun fikrincə, təşkilat bürokratiyaya görə öz potensialını tamamilə aça bilməyib. Prezident həmçinin qeyd edib ki, 2000-ci illərdən BMT-nin büdcəsi iki dəfədən çox artsa da, effektivlik xərclənən vəsaitlərə uyğun deyil.

Bəyannaməni ABŞ, Böyük Britaniya, Almaniya və Yaponiya da daxil olmaqda dünyanın 142 ölkəsi imzalayıb, 70 ölkə onu dəstəkləməkdən imtina edib. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Çin və Fransa bəyannaməyə qarşı çıxıb.

Rusiya hesab edir ki, ABŞ-ın təklif etdiyi islahatlar BMT-nin dünyada rolunun azaldılmasına və dünyanın birqütblüyünə hesablanıb.

Qazaxıstanın bu addımı Moskvaya qarşı növbəti gediş kimi qiymətləndirilə bilər. Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunmalarına baxmayaraq, Qazaxıstan son vaxtlar Moskvadan müstəqil addımlar atmağa meyl göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm