Bu ölkədə hicaba qadağa qoyuldu
Bizi izləyin

Dünya

Bu ölkədə hicaba qadağa qoyuldu

İsveçrənin Sankt Qallen bölgəsinin parlamenti ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyulmasını dəstəkləyib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qadağanın təhlükəsizliyə təhdid yaranacağı halda tətbiq ediləcəyi nəzərdə tutulur. Belə ki, şübhəli hesab edilən müsəlman qadınlar polisin tələbi ilə üzünü açmağa məcbur olacaqlar.

Qanun layihəsi ilk oxunuşda qəbul edilib, 59 deputat “lehinə” və 54 nəfər “əleyhinə” səs verib.

Qadağa çadra geyinən müsəlman qadınlara, habelə etiraz aksiyalarında üzü bağlı etirazçılara da tətbiq ediləcək.

Qanun layihəsi parlamentdə çoxluq təşkil edən mühafizəkar Xalq Partiyasının nümayəndələri tərəfindən irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm