“Onların dəstəyi olmasaydı...” - Kiyevdə yeni Maydanı kimlər TƏŞKİL EDİR?
Bizi izləyin

Dünya

“Onların dəstəyi olmasaydı...” - Kiyevdə yeni Maydanı kimlər TƏŞKİL EDİR?

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kiyevdə prezident administrasiyasının qarşısında sentyabrın 19-da tərəfdarlarını topladı. Siyasətçi söz verdi ki, noyabrın 17-də öz tərəfdarlarını yenidən toplayacaq və yeni Maydanı təşkil edəcək. Gürcüstanın keçmiş prezidenti bildirir ki, o, prezident Petro Poroşenko qarşısında öz tələblərini irəli sürəcək.

Mixail Saakaşvilinin Ukraynaya qayıtmasına nə kömək etdi? Bu suala cavab olaraq bir çox versiya mövcuddur.

Məsələn, gürcü siyasətçi, Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burdjanadzenin fikrincə, bu onunla bağlıdır ki, ABŞ hakimiyyəti Poroşenkodan yorulub və Ukraynada yeni prezidenti təyin etmək istəyirlər. O qeyd edir ki, Saakaşvili Ukraynaya “qayığı tərpətmək üçün” göndərilib. Saakaşvili ilə şəxsi ünsiyyət təcrübəsinə istinad edən Burdjanadze bildirir ki, ABŞ Dövlət Departamenti “bərəkətli torpaq” hazırlamasaydı, keçmiş qubernator heç vaxt Ukraynaya qayıtmağa qərar verməzdi.

“Mən Saakaşvilini tanıyıram və bilirəm ki, ona toxunmayacağı halda əminlik və zəmanət olmasaydı, heç vaxt Ukraynaya girməzdi”, - Burcanadze bildirib.

Burdjanadze Saakaşvilinin Amerika hakimiyyəti tərəfindən ukraynalılara göndərilən xüsusi “qara nişan” olduğunu hesab edən yeganə şəxs deyil. Belə düşünənlərdən biri də məşhur Ukrayna politoloqu, Siyasi Tədqiqatlar və Konfliktologiya Mərkəzinin direktoru Mixail Poqrebinskidir.

“Saakaşvili ilə şəxsən tanışa olan Amerika siyasi isteblişmentinin hansısa hissəsi onun Ukraynaya qayıdışının arxasında dayana bilər. Yəqin ki, Saakaşvili Ukraynaya qayıdışı üzrə planlarını onlarla müzakirə edirdi və onlar dəstək barədə söz veriblər. Amma hesab etmirəm ki, bu, Amerika administrasiyasının - Dövlət Departamenti, Ağ Ev və kəşfiyyat xidmətlərinin ümumi mövqeyidir”, - politoloq bildirib.

Ekspert hesab edir ki, Saakaşvilini dəstəkləyənlərdən biri respublikaçıların liderlərindən olan senator Con Makkeyn, hətta demokratların hansısa hissəsi ola bilər. O, sabiq dövlət katibi Con Kerrinin dəstəyini də mümkün hesab edir.

Poroşenkonun Amerika rəhbərliyini qane etmədiyi barədə fikirlərə gəlincə, Mixail Poqrebinski hesab edir ki, hər şey o qədər sadə deyil: “Bir qayda olaraq hamı danışır ki, Poroşenko ABŞ-ı qane etsəydi, Saakaşvilinin Ukraynaya buraxmazdılar. Poroşenko amerikalılar çoxdan qane etmir. Amma ABŞ-da əvəzedici yoxdur. Hələlik əvəzetmə yoxdur. ABŞ əvəzedici tapılana kimi Poroşenko ilə işləməyə davam edəcək”.

Politoloq bildirir ki, ictimai rəy, xüsusilə Qərb KİV-i hazırda əsasən Saakaşvilinin tərəfindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm