İstanbulda təyyarə qəzasında yaralananlardan biri öldü - VİDEO - YENİLƏNDİ
Bizi izləyin

Dünya

İstanbulda təyyarə qəzasında yaralananlardan biri öldü - VİDEO - YENİLƏNDİ

İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə “Doğan” agentliyinə istinadən TASS məlumat yayıb.

Hadisə nəticəsində qəza enişi edən hava gəmisinin komandiri ölüb.

Aeroport müvəqqəti olaraq işini dayandırıb.

***

Hava limanında baş verən qəza nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan üçü ekipaj üzvüdür, biri isə sərnişindir.

Təyyarə eniş edərkən qəzaya uğrayıb.

***

İstanbulun Atatürk hava limanında özəl təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, qəzadan sonra təyyarə alışmağa başlayıb və hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Qəza nəticəsində hava limanında təyyarələrin uçuşu və enişi dayandırılıb.

Ölən və xəsarət alanlar haqqında məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm