ABŞ Bərzaniyə dəstək məqsədilə ordu göndərdi
Bizi izləyin

Dünya

ABŞ Bərzaniyə dəstək məqsədilə ordu göndərdi

ABŞ bir tərəfdən İraqda keçirilən referenduma qarşı çıxsa da, digər tərəfdən Kərkükə əsgər göndərməyə davam edir.

Publika.az xəbər verir ki, şəhəri işğal etmək üçün göndərilən əsgərlərin sayı artıq 700-ə çatıb. Referendum tarixinə qədər əsgər sayının 3000 olacağı ehtimal edilir.

Ərbil şəhərində mövqe tutan xüsusi təyinatlı əsgərlər Kərkükdə keçiriləcək referendumun əngəllənməsinə qarşı hərəkət edəcəklər.

ABŞ-ın Kərkük şəhərini işğal etməsi referendum zamanı və daha sonra elan ediləcək müstəqil dövlət üçün bölgənin hazır hala gətirilməsi kimi şərh edilib.

Kərkük başda olmaqla, 6 mövqeyə yerləşəcək ABŞ özəl hərbi qüvvələri üzvlərinə son model silah və zirehli avtomobillər verilib. Həmçinin, 13 konteynerlik silah-sursat karvanı da bölgəyə göndərilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm