Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - - VİDEO
Bizi izləyin

Dünya

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - - VİDEO

Türkiyədə “TV8” kanalında yayımlanan "Gerçeyin Peşinde" proqramının müxbiri kamera qarşısında təhlükəli anlar yaşayıb.

Publika.az xəbər verir ki, müxbir bir müddət həmin yerdə baş verən hadisəni təkrar canlandırmaq istəyərkən dəhşətli anlar yaşanıb. Belə ki, çoxmərtəbəli binanın 3-cü mərtəbəsində eyvandan aşağı sallanan müxbir əlindəki mikrofonu operatora vermək istəyərkən ölümlə üz-üzə gəlib.

Həmin anda canlı yayım kəsilib. Verilişin aparıcısı və zalda əyləşən izləyicilər hadisə qarşısında şoka düşüblər.

Bir müddət sonra canlı yayım bərpa edilib. Operator müxbirə yardım edərək onu yuxarı qaldırıb. Daha sonra aparıcıya hər şeyin qaydasında olduğu haqqında məlumat verilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm