ABŞ-da ardıcıl iki güclü zəlzələ
Bizi izləyin

Dünya

ABŞ-da ardıcıl iki güclü zəlzələ

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

ABŞ-ın Kaliforniya ştatında bir-birinin ardınca iki zəlzələ baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 5,7 maqnitudalı ilk zəlzələ Ferndeyl şəhərindən 204 km qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 9,1 km dərinlikdə yerləşib.

İkinci zəlzələ Ferndeyldən 58 km qərbdə baş verib. 5,6 maqnitudalı zəlzələnin ocağı 4,6 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm