ABŞ koalisiyası Suriyada dinc sakinlərə qarşı KÜTLƏVİ QIRĞIN həyata keçirir - VİDEO
Bizi izləyin

Dünya

ABŞ koalisiyası Suriyada dinc sakinlərə qarşı KÜTLƏVİ QIRĞIN həyata keçirir - VİDEO

Suriya İnsan hüquqları üzrə müşahidəçilər bildiriblər ki, ABŞ koalisiyası tərəfindən hava zərbələri nəticəsində Suriyada ölən dinc sakinlərin sayı 2886 nəfərə çatıb.

Publika.az bildirir ki, bu haqda hüquq müdafiəçilərinə istinadən SMM_Syria məlumat yayıb. Ölən dinc sakinlərin arasında 674 uşaq və 504 qadın var.

Rakka şəhəri ərazisində, təkcə mart ayında koalisiya qüvvələrinin zərbələrindən ən azı 84 dinc vətəndaş həlak olub.

Hüquq müdafiəçilərinin məlumatlarına əsasən, koalisiya 124 kütləvi qətlin və 157 həyati əhəmiyyətli obyektin məhv edilməsində məsuliyyət daşıyır.

Hüquq müdafiəçiləri koalisiyanı bu materiallara baxmağa və gələcəkdə Suriyanın dinc vətəndaşlarının kütləvi qırğınına səbəb olmamağa çağırıb. “Koalisiya qüvvələri mütləq nəzərə almalıdırlar ki, dinc vətəndaşlar onların həyata keçirdiyi aviazərbələrin qurbanı olur”, - deyə bəyanatda bildirilir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm