Turistləri daşıyan avtobus qəza törətdi: 6 ölü, 20 yaralı
Bizi izləyin

Dünya

Turistləri daşıyan avtobus qəza törətdi: 6 ölü, 20 yaralı

Rusiyada ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, ölkənin Krasnodar vilayətində M-4 “Don” avtomagistralında turist avtobusu yol kənarında hərəkətsiz dayanan yük maşınına çırpılıb.

İlkin səbəb olaraq qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi göstərilib.

Hadisə nəticəsində 6 nəfər qəza yerində dünyasını dəyişib. Daha 20 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Onların vəziyyəti barədə heç bir məlumat verilməyib.

Avtobusun Nijni-Novqorod şəhərinə sərnişin apardığı deyilir. Polis hadisə yerində araşdırmalara davam edir. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm