Səudiyyə Ərəbistanında qadınlara "YAŞIL İŞIQ" - iLK DƏFƏ
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanında qadınlara "YAŞIL İŞIQ" - iLK DƏFƏ

Səudiyyə Ərəbistanında qadınlara avtomobil sürməyə icazə verilib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, krallığın qərarı dövlət televiziyasından elan edilib.

Xəbərdə deyilir ki, bu siyasət krallıqda qadınlara qarşı repressiyaların qlobal simvoluna çevrilmişdi və ölkənin beynəlxalq reputasiyasına ciddi zərər vururdu. Səudiyyəli qadınlar avtomobil sürmək hüququndan 2018-ci ilin iyunundan istifadə edəcəklər.

Qeyd edək ki, sentyabrın 23-də krallığın yaranmasından bu yana ilk dəfə qadınlara stadiona gəlməyə icazə verilib. Bu qərar ölkənin yaranmasının 87-ci ildönümü ilə əlaqədar qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm