Ukraynada silah anbarında partlayış - - VİDEO
Bizi izləyin

Dünya

Ukraynada silah anbarında partlayış - - VİDEO

Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən hərbi anbarda partlayışla nəticələnən yanğın baş verib.

Publika.az xəbər verir ki, hazırda hüquq-mühafizə orqanları yaxınlıqdakı ərazilərin əhalisini təxliyyə edir.

"Polis partlayış səslərinin eşidildiyi Kalinkovka şəhərində ictimai asayişin mühafizəsini təmin edir. Milli Qvardiyanın əməkdaşları və hüquq mühafizəçiləri yaşayış məntəqəsinə girişi bağlayıb və yerli sakinlərin köçürülməsi ilə məşğul olur", - deyə Vinnitskaya vilayətinin Baş Polis İdarəsinin məlumatında qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm