General Rusiyanın Ukrayna ilə bağlı hədəfini açıqladı
Bizi izləyin

Dünya

General Rusiyanın Ukrayna ilə bağlı hədəfini açıqladı

Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarlarında baş verən partlayış Donbasda növbəti hücuma hazırlıq ola bilər.

Publika.az xəbər verir ki, bu haqda “Obozrevatel” nəşrinə Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan bildirib.

“Düşmənin növbəti güclü hücuma hazırlığı haqqında danışmaq olar. Ukraynanın silahlı qüvvələrinə ciddi zərər vurulub. Mümkündür ki, cəbhədə bu cür genişmiqyaslı hərəkətlər gələcəkdə də baş versin. Ukrayna ordusu öz döyüş sursatlarının bir hissəsindən məhrum edilərsə, onlar əhəmiyyətli dərəcədə zəifləyəcək”, - Boqdan qeyd edib.

O vurğulayıb ki, hadisənin baş verdiyi vilayətdə Ukraynanın hərbi hava güclərinin qərargahı yerləşir.

“Burada şübhəsiz ki, hərbi aviasiya üçün döyüş sursatları saxlanılırdı”, - general-leytenant yekunlaşdırıb.

Xatırladaq ki, döyüş sursatı anbarlarında partlayış ötən gecə baş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm