Daha bir ölkə referenduma gedir: 7 qadağa ləğv edilir
Bizi izləyin

Dünya

Daha bir ölkə referenduma gedir: 7 qadağa ləğv edilir

İrlandiya hökuməti ölkədəki 7 qadağanı aradan qaldırmaq üçün referendum keçiriləcəyini elan edib.

Publika.az xəbər verir ki, İrlandiyanın baş naziri Leo Varadkar referendumla bağlı verdiyi açıqlamada abort qadağasının da referenduma daxil ediləcəyini bildirib.

İrlandiyada təcavüz, insest hallarında abort etdirmək qadağandır. Ölkə konsitutsiyası aborta sadəcə ananın həyatı təhlükə altında olarkən icazə verir. Lakin bu maddəyə qarşı çıxanlar ananın həyatı qədər uşağın da həyatının dəyərli olduğunu müdafiə edirlər.

Hazırda qüvvədə olan qanunlara görə, abort etdirən qadın 14 il həbs cəzasına məhkum edilir.

Referendumda müqəddəs dəyərləri təhqir etməyin cinayət kateqoriyasından çıxarılması da səsverməyə qoyulacaq.

İrlandiya referendumdan sonra seçkilərə qatılanların minimum yaşını 16-ya endirəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm