Dünya
"Qadınlar “yox” deyəndə, əslində “hə” demək istəyirlər" - Hakimdən qalmaqallı qərar
Hindistanda təcavüz iddiası ilə bağlı hakimin qərarı ölkədə qalmaqala səbəb olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mahmod Farooqi adlı rejissor ötən il Dehlidə bir tələbəyə təcavüz etməkdə ittiham edilib və ona 7 il həbs cəzası verilib.
Təcavüzə məruz qaldığını deyən qadın məhkəmədə çıxışında bildirib ki, içki içəndən sonra M.Farooqinin onun paltarlarını soyundurmasına mane olmağa çalışıb, rejissor isə onun əlini tutub, dəfələrlə etiraz edib, “yox” desə də, onu dinləməyib.
M.Farooqinin hüquqlarını müdafiə edən vəkil isə qadının dediklərini rədd edib. M.Farooqinin qadının etiraz etməsinin fərqində olmadığını deyib.
Hakim Asutoş Kumar isə hökm verərkən “Qadınların “yox” deyərkən, əslində “hə” demək istəyirlər, bunun nümunələri az deyil” ifadəsini işlədib və rejissora bəraət verib. Ölkənin qadın hüquqları müdafiəçiləri isə məhkəmə qərarına etiraz edib. Bu qərarın ölkədə qadın haqları məsələlərini daha da çətinləşdirəcəyini bildiriblər.
Gülxar
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı