Dünya
Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatdı - YENİLƏNDİ
"Türkiyə Suriya münaqişəsinin nizamlanması ilə məşğul olan Astana prosesindən razıdır".
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, prezidentlər görüş zamanı Astana prosesi,
Suriya münaqişəsi, de-eskalasiya zonaları və etimadın
gücləndirilməsi istiqamətində atılan səylər üzərində diqqəti
cəmləşdirmək barədə danışıblar. O, həmçinin Şimali İraqda kürd
muxtariyyətinin keçirdiyi referendumdan sonra birgə səylərin
vacibliyini vurğulayıb.
“Kürd muxtariyyəti referendum keçirib. Bu, bölgədə böhrana yol
açıb. Referendum qanunsuzdur. Muxtariyyət səhv edib. Biz daha böyük
fəsadlara yol aça biləcək addımların qarşısını almalıyıq”, - deyə
Ərdoğan qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin isə Suriya ilə bağlı əldə olunan
razılaşmaları ümumi uğur adlandırıb.
“Bu razılıqlar ümumi uğurumuzdur. Bizim dostumuz Ərdoğanın
uğurudur. Çünki o, bunun təşəbbüskarlarından biridir. Vətəndaş
müharibəsi dayandırılıb. Dörd de-eskalasiya zonasının yaradılmasına
dair hazırlıq təsdiqlənib. Görülən iş nə Suriya, nə də ki,
münaqişənin həll oluması ilə bağlı qarant ölkələr üçün asan idi”, -
deyə Rusiya Prezidenti qeyd edib.
Bir neçə gün əvvəl İraqda keçirilən referendum məsələsinə toxunan
V. Putin ölkəsinin mövqeyinin prinsipial olduğunu və İraqın ərazi
bütövlüyünün toxunulmaz olduğunu vurğulayıb. Putinin sözlərinə
görə, hər iki ölkə bundan sonra da həm XİN, həm də hərbi qurumların
xətti ilə koordinasiyanı davam etdirməlidir.
Rusiya prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin artığını
da vurğulayıb: “Yarım il ərzində ticarət dövriyyəmiz 31,5 faiz
artıb. Türkiyədə istirahət edən rusiyalı turistlərin sayı 11 dəfə
artıb və 2,5 milyon nəfər təşkil edib”.
Dövlət başçıları görüşdə həmçinin kənd təsərrüfatı məsələlərini də, o cümlədən Türkiyədən Rusiyaya pomidor ixracını da müzakirə ediblər. Bununla bağlı isə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, müvafiq nazirliklərin nümayəndələri daim təmasdadır və məsələ yaxın vaxtlarda öz həllini tapacaq. (report)
***
Türkiyənin paytaxtı Amkarada Rusiya və Türkiyə prezidentləri, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başa çatıb.
Publika.az xəbər verir ki, hazırda danışıqlar geniş tərkibli heyətlə davam edir.
Hər iki prezidentin Suriya münaqişəsi barədə müzakirələr apardığı bildirilir.
***
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlanıb.
Publika.az Türkiyə KİV-inə istinadən Ankarada Prezident Sarayında Türkiyə prezidenti Pəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş keçiriləcək.
Görüşlərdə bir sıra ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunacaq.
Ömər
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü