Dünya
İrəvanda “Putin ittifaqı”na zərbə hazırlanır: 4 GÜN QALDI
“Yelk” erməni müxalifət fraksiyası parlamentin plenar iclasına ölkənin Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsini çıxardacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Yelk” fraksiyasından olan deputat Lena Nazaryan bildirib.
Daha əvvəl “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb ki, Avrasiya İqtisadi İttifaqından çıxış haqqında məsələ oktyabrın 3-də parlamentin plenar iclasında müzakirə ediləcək.
Qeyd edək ki, “Yelk” 105 yerlik Ermənistan parlamentində 9 mandata malikdir. Fraksiya ölkənin Avrasiya İqtisadi İttifaqının çıxışının vacibliyini, xüsusi halda, ictimai-iqtisadi göstəricilərin azalması və üçüncü ölkələrlə, həmçinin Gürcüstan və İranla iqtisadi münasibətlərin inkişafındakı baryerlərlə izah edirlər.
Ermənistanın hakim Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, ölkənin ittifaqdan çıxmasının əleyhinədir. Parlamentin Xarici əlaqələr üzrə komissiyanın başçısı Armen Aşotyan bəyan edib ki, “Yelk”in təşəbbüsü Ermənistanın xarici siyasət və xarici iqtisadi maraqlarına uyğun deyil.
Xatırladaq ki, ötən həftə Bakıya gələn A.Aşotyan Ermənistanın “Putin İttifaqı”ndan (Avrasiya İqtisadi İttifaqını adətən belə adlandırırlar –red.) çıxmayacağını bildirmişdi.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...