
Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 761 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi rəsmi "Tvitter" səhifəsində yazıb.
***
Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 460 nəfəri ötüb.
Bu barədə Barselonanın meri Ada Kolau açıqlama verib.
***
Seçkini əngəlləməyə çalışan polislə kataloniyalılar arasında toqquşma baş verib.
Polis seçicilərə dəyənək, bibər qazı və su şırnaqları ilə sərt müdaxilə edib.
Etirazçılar arasında çoxlu sayda yaralı və həbs edilən var.
***
Kataloniyada müstəqilliklə bağlı referendumda səsvermə başlayıb.
Məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.
Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir. Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər.