Madriddə Kataloniyadakı referendumun əleyhinə nümayiş keçirilir
Bizi izləyin

Dünya

Madriddə Kataloniyadakı referendumun əleyhinə nümayiş keçirilir

İspaniyanın paytaxtı Madriddə, Mayor meydanında Kataloniyada keçirilən müstəqillik haqqında referendumun əleyhinə nümayiş keçirilir.

Nümayişdə ən azı 500 nəfər iştirak edir.

Aksiya iştirakçıları "İspaniya vahiddir, heç vaxt parçalanmayacaq", "Kataloniya İspaniyadır", "Kataloniya hakimiyyətinə ölkə konstitusiyasını pozmağa imkan vermək olmaz" kimi şüarlar səsləndirirlər.

Nümayiş dinc xarakterlidir. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm