Elektrik qatarı yük maşınıyla toqquşdu: 3 yaralı
Bizi izləyin

Dünya

Elektrik qatarı yük maşınıyla toqquşdu: 3 yaralı

Ukraynanın Lvov şəhərində elektrik qatarı yük maşını ilə toqquşub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, toqquşma zamanı qatar yük maşınını təxminən 20 metr sürüyüb. Qəza nəticəsində yük maşının sürücüsü və iki sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yerli polis qəzanın səbəblərini araşdırır.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm