• USD 1,7000 0,00% EUR 2,0661 -0,17%
    • GBP 2,3748 -1,35% RUB 0,0229 -0,87%

ABŞ-dan 5 trilyonluq xərc - Üç MÜHARİBƏ

  • Dünya
  • 2 Oktyabr 2017 12:06
  • 958 Baxış
ABŞ-dan 5 trilyonluq xərc - Üç MÜHARİBƏ

Əfqanıstan və İraq müharibələri, həmçinin İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar ABŞ-a 2001-ci ildən bu yana 1,7 trilyon dollara başa gəlib.

Publika.az xəbər verir ki, bu haqda ABŞ dövlət büdcəsinin xərclərinin analizi ilə məşğul olan “National Priorities Project” tədqiqat təşkilatının ekspertləri bildiriblər.

Ekspertlərin məlumatına görə, ABŞ 2001-ci ilin oktyabrında başladığı Əfqanıstan müharibəsinə 785 milyard dollardan çox xərcləyib. 2003-cü ilin martında başlana İraq müharibəsi 821, İŞİD-ə qarşı mübarizə 17 milyard dollara başa gəlib.

Qeyd edilir ki, ekspertlər hesablamalar zamanı yalnız ABŞ Müdafiə Nazirliyinin rəsmi rəqəmlərinə istinad ediblər. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və başqa xüsusi xidmət orqanlarının məxfiləşdirilmiş hərbi əməliyyatlarına çəkilən xərclər, həmçinin həlak olan və yaralanan hərbi qulluqçular üçün ən yaxın 40 ildə ayrılacaq kompensasiyalar nəzərə alınmayıb.

Əgər bütün bu xərclər nəzərə alınarsa, Braun Universitetindən olan analitiklərin qiymətləndirmələrinə görə, ümumi məbləğ 5 trilyon dollara yaxınlaşır.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR