Tükürpədən HADİSƏ: Quran kursunun müəllimi 9 yaşlı tələbəsinə təcavüz etdi
Bizi izləyin

Dünya

Tükürpədən HADİSƏ: Quran kursunun müəllimi 9 yaşlı tələbəsinə təcavüz etdi

Türkiyənin Ağrı vilayətində tükürpədən hadisə baş verib.

Publika.az xəbər verir ki, quran kursunun 17 yaşlı müəllimi 9 yaşlı oğlan tələbəsinə cinsi təcavüz edib.

Hadisə kursun başqa bir müəllimi tərəfindən ifşa edilərək ortaya çıxarılıb. Kursun rəhbərləri isə müəllimin şagirdi ilə zarafatlaşdığını deyərək hadisəni ört-basdır etmək istəyib.

Hadisəni ortaya çıxaran müəllim kursun yataqxanasında qalan azyaşlı oğlanın üzü və boynunun göyərdiyini görüb. Oğlanın sinif yoldaşları isə 17 yaşlı müəllimin təcavüz etdiyi uşağı tez-tez qucağında oturduğunu, öpdüyünü deyiblər.

Azyaşlının ailəsi və kursun müəllimləri tərəfindən 17 yaşlı müəllimə cinayət işi açılıb. Müəllimə azyaşlını cinsi istismar etmək və sağlamlığına qəsdən zərər vurmaq maddəsilə 25 il həbs cəzası tələb edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm