Rusiya kəşfiyyatı Moskvaya hücumun qarşısını aldı
Bizi izləyin

Dünya

Rusiya kəşfiyyatı Moskvaya hücumun qarşısını aldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva ətrafında nəqliyyatda terror aktları törətməyə hazılaşan İŞİD üzvlərini saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Əməliyyat sentyabrın 30-da keçirilib. Zərərsizləşdirilən terror qrupunun üzvləri Şimali Qafqaz regionunun sakinləri idilər. FTX-nin məlumatına görə, onların yaşadığı mənzillərdə böyük partlayış gücü olan əldəqayırma iki partlayıcı qurğu, PM-9 mm markalı iki tapança, iki ədəd RQD-5 qumbarası, rabitə vasitələri, həmçinin partlayıcı qurğuların istehsalı üçün lazım olan başqa predmetlər aşkarlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm