Daha bir separatçı bölgə müstəqilliyini elan etdi - İngilis BARMAĞI
Bizi izləyin

Dünya

Daha bir separatçı bölgə müstəqilliyini elan etdi - İngilis BARMAĞI

Kamerunun Anglofon bölgəsindəki separatçı qruplar müstəqillik elan edib.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, müstəqillik özünü “Ambazonyanın dövlət başçısı” adlandıran Sisiku Ayukun bazar günü sosial şəbəkədəki status ilə elan edilib.

“Biz artıq Kamerunun kölələri olmayacağıq. Bu gün mirasımız və torpaqlarımız üzərində hakimiyyəti gücləndiririk”, - o yazıb.

Separatçı qruplar oktyabrın 1-də - Kamerunun fransız və ingilis dilli bölgələrinin birləşməsinin ildönümü günü bildiriblər ki, “Ambazonya”nı quraraq müstəqillik elan edəcəklər. Hökumət bu açıqlamadan sonra cənubda yerləşən Buea və şimal-qərbdə yerləşən Bamenda şəhərləri də daxil olmaqda, ingilis dilli ərazilərə təhlükəsizlik gücləri göndərib.Təhlükəsizlik güclərinin müdaxiləsi nəticəsində ən az 7 nəfər həyatını itirib.

Kamerunda təxminən 22 milyon əhali yaşayır və əhalinin əksəriyyəti fransız dilidir. Əhalinin dörddə biri ingilis dilində danışır. Qarşıdurmanın kökü isə 1961-ci ilə qədər uzanır. Həmin il Cənubi Kamerun Britaniya mandatı altında 1960-cı ildə Fransadan müstəqillik əldə edən Kamerunla birləşməyə qərar verib. Birləşmiş Kamerunda ingilis və fransız olmaqla iki rəsmi dil qəbul edilib.

Anglofon azlıq neft gəlirlərinin uzun illərdir ədalətli bölünmədiyini və onlara qarşı ayrı-seçkilik edilyini iddia edir. Son gərginlik keçən ilin noyabr ayında başlanıb. Anglofonların əksəriyyəti Kamerunun 1961-ci ildə birləşməsindən sonra qısa müddətdə qüvvədə olan federal sistemin geri qaytarılmasını tələb edirlər.

Ancaq mərkəzi hökumət bu tələbləri qəbul etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm