• USD 1,7000 0,00% EUR 2,0697 +0,19%
    • GBP 2,4069 -0,03% RUB 0,0231 +0,87%

Tramp Las Veqasa gedəcək

Tramp Las Veqasa gedəcək

ABŞ prezidenti Donald Tramp oktyabrın 4-də Las-Veqas şəhərinə gedəcək.

Publika.az xəbər verir ki, o bu barədə oktyabrın 2-də keçirdiyi mətbuat konfransında məlumat verib.

“Oktyabrın 4-də mən hüquq-mühafizə orqanlarının nümayəndələri, fövqəladə xidmətin işçiləri, ölənlərin və yaralıların ailə üzvləri ilə görüşmək üçün Las-Veqasa yollanacağam”, - D.Tramp bildirib.

ABŞ prezidenti ölkə ərazisində milli matəm elan olunduğunu, bayraqların yarıyadək endirildiyini də vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda "Route 91" kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insan izdihamını atəşə tutub. Nəticədə 50 nəfər ölüb, 406 nəfər yaralanıb. Bu, ABŞ tarixində ən ölümcül atışma hadisəsi olub. (report)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR