Moskvaya qarşı mərkəzin açılışı oldu
Bizi izləyin

Dünya

Moskvaya qarşı mərkəzin açılışı oldu

Finlandiyanın paytaxtı Helsinkidə hibrid təhlükələrlə mübarizə üzrə Avropa Mərkəzinin (European Centre of Excellence for Countering Hybrid Threats) rəsmi açılışı olub.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, mərasimdə Finlandiya prezidenti Sauli Niinistö, NATO-nun baş katibi Yens Stoltenberq və Avropa İttifaqının təhlükəsizlik və xarici işlər üzrə ali komissarı Federika Moqerini iştirak edib.

Mərkəzin rəsmi açılışı indi olsa da, o, sentyabrın əvvəlindən fəal işləyir. Daha əvvəl bildirildiyi kimi, mərkəz “hibrid müharibə” üzrə tədqiqatlarla məşğul olmalı, konsultasiyalar və maarifləndirici görüşlər təşkil etməlidir. Avropa İttifaqı və NATO üzvləri mərkəzə üzv ola bilərlər. Mərkəzin işinə artıq Fransa, Norveç, Latviya, Litva, Polşa, Böyük Britaniya, İsveç, Almaniya, Estoniya, İspaniya və ABŞ, həmçinin NATO və Avropa İttifaqının nümayəndəlikləri qoşulub.

Mərkəzin yaradılması haqqında niyyət apreldə elan edilib. Yaradılma mərhələsində onun illik büdcəsi 1,5 milyon avro təşkil edir. Qeyd edilirdi ki, büdcənin yarısı mərkəzə qoşulmuş ölkələr və təşkilatların üzvlük ödəmələri hesabına formalaşdırılacaq. Büdcənin digər yarısını isə Finlandiya təmin edəcək.

Mərkəzin əsas fəaliyyətinin Rusiyanın Qərblə apardığı “hibrid müharibə” ilə mübarizə olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm