• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Las-Veqas terrorçusunun atası barədə ŞOK HƏQİQƏT

  • Dünya
  • 2 Oktyabr 2017 22:16
  • 1 352 Baxış
Las-Veqas terrorçusunun atası barədə ŞOK HƏQİQƏT

ABŞ-ın Las-Veqas şəhərində konsertdə insanları güllələyən amerikalı Stiven Peddok bankların seriya soyğunçusunun oğludur.

Publika.az xəbər verir ki, bu haqda “Daily Mail” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Bencamin Hoskins Peddok 1969-cu ildə - 20 illik həbsdən qaçdıqdan sonda Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ən çox axtarılan cinayətkarların siyahısına daxil edilmişdi.

Qeyd edək ki, Las-Veqasda terror aktında ölənlərin sayı 58, yaralananların sayı isə 515-ə qədər artıb. Terror hücumuna görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürsə də, FTB terror hücumunun İŞİD-lə əlaqəsinin olmadığını açıqlayıb.

Polis silahlının 64 yaşlı yerli sakin Stiven Peddok olduğunu bildirib. O, insanları güllələyəndən sonra intihar edib. Silahlının olduğu mehmanxana nömrəsində silahın ən azı 10 vahidi aşkar edilib.

Polis onun tanışı Meri Lu Denlini saxlayıb.

ABŞ KİV-i qeyd edir ki, Las-Veqasda ölənlərin sayı ABŞ tarixində ən qanlı hücumun həyata keçirildiyini deməyə əsas verir. İndiyə kimi, Orlandoda “Puice” klubunun ziyarətçilərinin kütləvi qətli ölkə tarixində ən qanlı hücum hesab olunurdu. Həmin hadisə vaxtı silahlının özü ilə birlikdə 50 nəfər ölmüşdü.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR