
Bəhreynin paytaxtı Manama şəhərində partlayış baş verib.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 5 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata əsasən, partlayış Manamanın şiələr yaşadığı bölgədə, Aşura mərasimində qeydə alınıb. Yaralananlar ictimai asayişi qoruyan polis əməkdaşları olub.