Uqandada leysan yağışları: 15 nəfər öldü...
Bizi izləyin

Dünya

Uqandada leysan yağışları: 15 nəfər öldü...

Uqandada güclü leysan yağışları nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.

Publika.az xəbər verir ki, ölkənin qərb istiqamətinfə anomal hava şəraiti nəticəsində 15 nəfər həlak olub.

Hadisə haqqında məlumat tvitter sosial şəbəkəsində geniş yayılıb. Məlumatda deyilir: “Rubande bölgəsində leysan yağışları səbəbindən baş verən torpaq sürüşməsi zamanı 15 nəfər ölüb, 14 nəfər ağır xəsarətlər alıb. 10 nəfərdən çox insan itkin düşüb. "Qırmızı Xaç"ın heyəti yaralıları xətəxanaya çatdırıb, zərərçəkənlərə isə müvafiq yardım göstərilib”.

Hadisə nəticəsində çoxsaylı yaşayış məntəqələri tamamilə dağılıb, insanlar evsiz qalıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm